Dəmir-qəlib və üzlük işləri

Keyfiyyətli konstruksiya düzgün karkasdan və dəqiq icra olunmuş qəlib işlərindən başlayır. EcoBuild armaturun quraşdırılması, qəlib sistemlərinin hazırlanması və beton işlərinin icrasını peşəkar şəkildə həyata keçirir.

XİDMƏT HAQQINDA

Dayanıqlı konstruksiya düzgün karkas və dəqiq icra olunmuş qəlib işlərindən başlayır — biz bunu təmin edirik.

Dəmir-qəlib və üzlük işləri tikinti prosesinin əsas mərhələlərindən biridir. EcoBuild armaturun quraşdırılması, qəlib sistemlərinin hazırlanması və beton tökmə işlərini layihəyə uyğun şəkildə icra edir.

Nəticədə möhkəm, davamlı və uzunömürlü konstruksiya formalaşır. Üzlük işləri isə obyektin son görünüşünü və estetik keyfiyyətini təmin edir. (Qısası: həm daxili dayanıqlıq, həm də xarici görünüş düzgün qurulur)

İcra ardıcıllığı
Sahədə işlərin dəqiq və ardıcıl aparılması üçün bütün mərhələlər əvvəlcədən planlaşdırılır.
1) Brif və hazırlıq — layihə tələblərinin, konstruktiv ölçülərin və texniki şərtlərin dəqiqləşdirilməsi.
2) Armatur işləri — metal karkasın hazırlanması və layihəyə uyğun quraşdırılması.
3) Qəlibin qurulması — beton konstruksiya üçün qəlib sistemlərinin hazırlanması və montajı.
4) Beton tökmə və bərkitmə — beton qarışığının tökülməsi, formalaşdırılması və möhkəmləndirilməsi.
5) Üzlük və tamamlayıcı işlər — səthin düzəldilməsi, qəlibin sökülməsi və son görnüşün formalaşdırılması.
Müştəri nə əldə edir
Sadəcə tikinti elementi deyil — möhkəm və estetik nəticə.
Möhkəm konstruksiya — dayanıqlı və uzunömürlü beton əsas.
Dəqiq icra — layihəyə uyğun ölçü və forma ilə hazırlanmış elementlər.
Təmiz səth və görünüş — üzlük və finishing işləri ilə tamamlanmış nəticə.
Texniki keyfiyyət təminatı — görülən işlərin normativ və layihə tələblərinə uyğunluğu.
Tez-tez verilən suallar
Ən çox soruşulanlar. Qalanları üçün bizə yazın.
Dəmir-qəlib işləri hansı mərhələdə aparılır? — bu işlər tikintinin daşıyıcı konstruksiya mərhələsində həyata keçirilir.
Beton tam bərkiməsi nə qədər vaxt aparır? — istifadə olunan material və hava şəraitindən asılı olaraq müddət dəyişə bilər.
Üzlük işləri nələri əhatə edir? — səthin düzəldilməsi, qorunması və estetik görnüşün tamamlanmasını.