Torpaq işlərindən təmələ qədər – hər mərhələdə dəqiqlik, təhlükəsizlik və ekoloji məsuliyyət prinsiplərini qoruyuruq.

Müasir sənaye binalarının tikintisinin innovativ həlli

HAQQIMIZDA

EcoBuild 2025-ci ildə təsis edilmiş tikinti və mühəndislik şirkətidir. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki və sənaye obyektlərinin layihələndirilməsi, geodezik və geoloji kəşfiyyat işlərinin aparılması, həmçinin bu obyektlərin tikinti fəaliyyətinin həyata keçirilməsidir.

EcoBuild-in əsas dəyərləri etibarlılıq, texniki dəqiqlik və uzunmüddətli tərəfdaşlıqdır. Məqsədimiz hər bir layihədə təhlükəsiz, dayanıqlı və funksional sənaye mühitləri yaratmaqdır.

2 il
Sahə təcrübəsi
10+
Tərəfdaş şirkət
98%
Müştəri məmnuniyyəti
NƏ EDİRİK

Xidmətlərimiz

Sənaye və tikinti layihələri üçün etibarlı, sürətli və keyfiyyətli həllər təqdim edirik — torpaq işlərindən hazır modul binalara qədər.

Geodezik və Geoloji kəşfiyyat işləri

Ərazinin geoloji quruluşunun və torpaq xüsusiyyətlərinin öyrənilməsi. Bu tədqiqatlar tikinti üçün riskləri əvvəlcədən müəyyən etməyə və düzgün texniki qərarlar verməyə imkan yaradır.

xidmet

Torpaq qazma və dolğu işləri

Tikinti sahəsinin hazırlanması, qazıntı və planlaşdırma işləri peşəkar şəkildə icra olunur. Texnika və briqada ilə operativ təşkilat, dəqiq ölçüləndirmə və təhlükəsizlik qaydalarına uyğun iş prosesi təmin edilir.

xidmet

Dəmir-qəlib və üzlük işləri

Yüksək keyfiyyətli beton məmulatların istehsalı və çatdırılması. Müasir texnologiyalarla hazırlanmış, standartlara uyğun və uzunömürlü məhsullarla tikintinin etibarlı əsasını qururuq.

xidmet

Metal-konstruksiya işləri

Enerjiyə qənaətli sendviç panellərin istehsalı və quraşdırılması. İstilik izolyasiyası, səs izolyasiyası və dayanıqlıq baxımından optimal həllər təqdim olunur, montaj prosesi sürətli və səliqəli icra edilir.

xidmet

Tenderlərdə iştirak üçün sənədlərin hazırlanması və qiymətləndirilməsi

Şirkətlərin beynəlxalq və yerli tenderlərdə iştirakı zamanı tender sənədlərinin tərtibatı. Tender qalibinin müqaviləsinin hazırlanması.

xidmet

35/10/04 kV elektrik xəttlərin və qurğuların montaj işlərinin görülməsi

Quraşdırma prosesində təhlükəsizlik normalarına riayət olunaraq yüksək keyfiyyətli və etibarlı enerji infrastrukturunun yaradılması təmin edilir.

xidmet
TƏCRÜBƏMİZ

Layihələrimiz

EcoBuild sənaye və tikinti sahəsində həyata keçirilən real layihələrlə formalaşır. Hər bir obyekt mühəndis dəqiqliyi, təhlükəsizlik standartları və uzunömürlü nəticə prinsipi əsasında icra olunur. Layihələrimiz geoloji hazırlıqdan konstruksiya montajına qədər bütün mərhələləri əhatə edir və kompleks yanaşmamızı əks etdirir.

MÜRACİƏT EDİN
ÜSTÜNLÜKLƏRİMİZ

Niyə Biz?

Biz hər layihəyə mühəndis dəqiqliyi, məsuliyyət və uzunmüddətli dəyər yanaşması ilə yanaşırıq. Məqsədimiz yalnız tikmək deyil, etibarlı və dayanıqlı həllər yaratmaqdır.

Keyfiyyətə Zəmanət

Hər mərhələdə yüksək standartlara əməl edirik. Dəqiqlik, təhlükəsizlik və texniki uyğunluq bizim üçün kompromis mövzusu deyil.

İnnovasiya və Dayanıqlıq

Müasir texnologiyalar və enerji səmərəli həllər tətbiq edərək gələcəyə uyğun sənaye mühitləri yaradırıq.

Peşəkarlıq və Təcrübə

Komandamız mühəndislik və tikinti sahəsində real praktikaya əsaslanan qərarlar qəbul edir. Hər detal peşəkar nəzarət altındadır.

Müştəri Məmnuniyyəti

Biz şəffaf ünsiyyətə və fərdi yanaşmaya inanırıq. Hər layihədə tərəfdaşlıq münasibəti qurur, nəticəyə görə məsuliyyət daşıyırıq.

KOMANDAMIZ

Fikirlərinizi həyata
keçirən komanda

EcoBuild-in əsas gücü peşəkar mühəndislərdən və texniki mütəxəssislərdən ibarət komandadır. Hər bir üzv layihəyə məsuliyyət, dəqiqlik və praktiki yanaşma ilə yanaşır. Biz ideyaları real sənaye obyektlərinə çevirir, hər mərhələdə keyfiyyətə və təhlükəsizliyə nəzarət edirik. Birlikdə etibarlı nəticə yaradırıq.

FAQS

Tez-tez verilən
suallar

EcoBuild FAQ
Əvvəlcə ehtiyaclarınızı və layihənin məqsədini müəyyən edirik. Daha sonra yerində baxış, texniki tələblərin toplanması və ilkin planlama mərhələsinə keçirik.
Bəli. Hər obyektin şərtləri fərqlidir, buna görə həllərimizi büdcə, texniki tələblər və təhlükəsizlik standartlarına uyğun olaraq fərdiləşdiririk.
EcoBuild sənaye obyektlərinin layihələndirilməsi, geoloji kəşfiyyat işləri, torpaq və qazma işləri, beton məmulatların istehsalı, sendviç panellərin montajı və açar-təslim sənaye binalarının inşası üzrə kompleks xidmətlər təqdim edir. Biz layihənin ilkin araşdırmadan tam icraya qədər bütün mərhələlərini həyata keçiririk.
Müddət layihənin həcmi və texniki şərtlərdən asılıdır. İlkin planlamadan sonra sizə mərhələlər üzrə təqvim (timeline) təqdim edirik.
Bəli. Təslimdən sonra texniki müşahidə, servis dəstəyi və zəruri hallarda təkmilləşdirmə işlərini təmin edirik.